
İlk Azərbaycan kubokunun qalibi müəyyənləşdi
- 2023-04-11 00:48
- 163
Qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun final oyunu baş tutub.
Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən final oyununda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər.
Son topa qədər davam edən mübarizənin yekununda BBA komandası 51:48 hesablı qələbə qazanıb. Nəticədə bu komanda qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan kubokunun sahibi olub.
Xatırladaq ki, ölkə kubokunda dörd komanda mübarizə aparıb: BBA, “Alov”, PH və AZE U-16.