Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.


Rekord.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).


İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.


Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.


Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.


Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.


Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.