“İlk hissədə çəkingən, ikinci yarıda yaxşı oynadıq” - Berezutski
- 09 Fev 2025 19:23
- 64
“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan-Tovuz”a qarşı keçirdikləri oyun haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:
“Əlbəttə, uzun müddətdən sonra qalib gəlmək çox məmnunedici hissdir. Xüsusilə iki qol vurub qalib gəlmək çox xoşdur. Bu gün oyunçularla sakitləşdirici danışıq oldu. Müdafiə xəttimizlə bağlı danışdıq və səhvlərimizi düzəltməli olduğumuzu danışdıq. Birinci hissədə çəkingən, ikinci hissədə daha yaxşı oynadıq. Həmçinin komandada bəzən zədəlillər də olur və dəyişiklər etməli oluruq. Gələn oyunda bütün oyunçularımızı sırada görməyə ümid edirik”.