“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Rekord.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:

“Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi.

Mark Tamaş əsas heyətin oyunçusudur. Sadəcə "Səbail"lə oyunda zədələnmişdi. Bir neçə oyun buraxmışdı. Bərpa edildi və əsas heyət uğrunda rəqabət aparacaq. Çox sürətli şəkildə bərpa olundu. 

Matçın sonunda heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik”.