“İlk hissədən bir az razı qalmadım” - Qurban Qurbanov
- 01 Dek 2024 21:32
- 90
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunun son matçında “Neftçi”nin qonağı olub.
Rekord.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında 3:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov qələbə qazanmaq istədiklərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qələbə qazanmaq istəyirdik. İlk hissədən bir az razı qalmadım. İkinci hissədə yaxşı oynadıq. Çox əla atmosfer var idi. “Neftçi” komandasına uğurlar arzulayıram.
Oyunçular qoldan sonra azarkeşlərə qarşı heç bir jest etmirdilər. Dəfələrlə belə hallar olub. Fotoqraflara poz verirdilər. Azarkeşlər, düşünürəm ki, bunu yanlış anladılar.
Oyuna ciddi hazırlaşmışdıq. “Neftçi”yə qarşı oynayırdıq. Azarkeşləri düşünürdük ki, maraqlı oyun göstərək. Bəzi oyunçular var idi ki, həddindən artıq yorulmuşdu.
Məcburuq, başqa çıxış yolu yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Amma təəssüflər olsun ki, sıx qrafikə görə son iki ayda uzun müddət bir yerdə məşq edə bilmirik. Amma hər bir halda, başqa variant yoxdur.
Şahruddin Məmmədəliyev artıq bir neçə məşqdir ki, komanda ilə bir yerdədir. Yaxşı hazırlaşır. Qarşıdakı oyunlarda mütləq meydanda olacaq”.