AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Tallin şəhərindəki “Le Kok Arena”da keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov da fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Estoniya ilə oyun bizim üçün çox vacibdir. Bu matçda ilk qələbəmizi qazanmaq istəyirik.

Burada olanda yalnız milli haqqında düşünürəm və xeyir vermək istəyirəm. Sabah vacib gün olacaq. Maksimum gücümüzü nümayiş etdirməliyi. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yaxşı nəticə ilə evə qayıtmaq niyyətindəyik".