“İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”
- 18 Okt 2024 17:30
- 167
“İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”.
Rekord.az xəbər verir ki, bunu “Lənkəran”nın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının 1-ci turundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Gəncə” ilə matç barədə danışan belaruslu mütəxəssis azarkeşlərə səslənib:
“Mövsümə yaxşı hazırlaşmışıq. İlk oyunumuzun doğma arenada olması yaxşı haldır. Ümid edirəm ki, zalda basketbolsevənlər və bizim azarkeşlərimiz olacaqlar. “Gəncə”yə hörmətlə yanaşırıq. Asan oyunun olacağını deyə bilmərəm. Bunu başa düşürük. Evdə oynadığımız üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun nümaiş etdirməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə bu gün start veriləcək. "Lənkəran" - "Gəncə" oyunu sabah, saat 14:00-da başlayacaq.