“Sabah”ın basketbol komandasının baş məşqçi əvəzi Nikola Bojinovski "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 105:79 hesabıyla qalib gəldikləri oyundan sonra bunları bildirib:

"Rəqibi təhlil etmişdik. Oyunlarına bələd idik. İlk periodda müqavimətlə rastlaşdıq. İkinci perioddan başlayaraq 3 xallıq atışlarımız uğurlu alındı və hesab arasındakı fərq artmağa başladı. Ümumilikdə oyuna nəzarət etdik. Hesab heyətdə rotasiyalara imkan verirdi. Növbəti oyunumuz "Xəzri" ilə olacaq. Yeni oyunçuları var. Bu oyuna yaxşı hazırlaşmağa çalışacağıq. Rəqib yaxşı komanda olsa da, onları məğlub edib ilk yarını lider bitirmək istəyirik".