Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində yoldaşlıq oyunlarına start verib. "Rekord.az" xəbər verir ki, komandamız ilk hazırlıq matçını ölkəmizdə təlim-məşq toplanışında olan Macarıstana qarşı keçirib. 

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutan qarşılaşma qonaq komandanın üstünlüyü ilə yekunlaşıb. 

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununda Belarusla üz-üzə gələcək.