"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan "Liverpul"a mümkün keçidindən danışıb.

Rekord.az xəbər verir ki, o, "Kicker"ə açıqlamasında deyib:

“Düşünürəm ki, hadisələrin bu cür inkişafını istisna edə bilərəm. Yurgen Kloppu nə qədər sevdiyimi və qiymətləndirdiyimi hamı bilir.

Amma mən bir neçə ildir ki, “Mançester Siti”dəyəm. İndi mən də komandanın kapitanıyam. "Liverpul"a keçəcəyəmmi? Xeyr, mən bunu təsəvvür edə bilmirəm”.

İ.Gündoğanın klubu ilə müqaviləsi 2023-cü ilin yayı başa çatır.