"Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətindən sonra gəncəli azarkeşlərin klub rəhbərliyinə və məşqçilər korpusuna olan etirazı daha da artıb.

Rekord.az xəbər verir ki, böyük əksəriyyət idarə heyətinin sədri İlqar Nadirlinin istefasını tələb edir.

Lakin aldığımız son məlumata görə, Nadirli bütün təzyiqlərə, istefa tələblərinə baxmayaraq, postundan getməyəcək. Onun belə bir fikiri yoxdur.