İlqar Nadiri postundan getməyəcək
- 17 Okt 2023 12:00
- 643
Bir qrup gəncəli futbol veteranı klubun idarə heyətinin sədri İlqar Nadirinin istefasını tələb edir.
Rekord.az xəbər verir ki, hətta ona oktyabrın 15-ə kimi vaxt da verilmişdi.
Lakin bizdə olan məlumata görə, klub rəhbəri heç bir halda postundan getməyəcək və bu haqda, ümumiyyətlə, düşünmür. Əvəzində həmin veteranlarla bağlı AFFA rəhbərliyinə məlumat verməyi planlaşdırır.