Dünən "Araz Naxçıvan" üzərində gözlənilməz qələbə qazanan "Kəpəz" futbolçuları bu qələbəyə görə mükafat alacaq.

Rekord.az xəbər verir ki, oyundan sonra futbolçularla görüşüb onları təbrik edən klub rəhbəri İlqar Nadiri bununla bağlı söz verib.

Əldə etdiyimiz məlumata görə, Nadiri həmin mükafatı öz cibindən qarşılayacaq.