İlqar Qurbanov: "Bu barədə danışmaq lazım deyil" MÜSAHİBƏ
- 24 Fev 2020 15:25
- 718
Sumqayıt"ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Gərgin oyun keçdi. Futbolçularımız yaxşı mübarizə apardılar. Bir epizodda boşluq oldu. "Qarabağ" da bundan istifadə etdi. Buna baxmayaraq yenə də oyundan qopmadıq. "Qarabağ"ı təbrik edirəm. Xal alsaq, əlbəttə ki, yaxşı olardı. Amma bu matçda qalmamaq lazımdır. Qarşıda daha vacib oyunlar var. Nə qədər az xal itirsək, o qədər yaxşıdır. Buna görə də "Keşlə" ilə qarşılaşmaya hazırlaşmaq lazımdır.
- 3-cü yer uğrunda mübarizə çempionluq uğrunda mübarizədən daha gərgindir. Hazırda sizinlə yanaşı "Zirə" və "Sabah" da yarışır.
- Gərginlik var. Demək olar ki, çempionatda hər il bu yerlər uğrunda mübarizə gedir. İnanıram ki, sonuncu turlara kimi də belə olacaq.
- Bəs, bu mübarizəni axıra kimi davam etdirə biləcəksinizmi?
- İnşallah, qismət olar.
- "Sumqayıt"ın Avroliqa üçün şanslarını necə dəyərləndirirsiniz?
- Bu barədə danışmaq lazım deyil. Qarşıda vacib oyunlar var. Ondan sonra hər şey bilinəcək.