İlqar Xələfov Azərbaycan çempionu oldu
- 13 May 2023 16:00
- 437
“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı çərçivəsində keçirilən veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, 9 turdan 6,5 xal toplayan Fikrət Sideifzadə üçüncü yeri tutub.
7 xalı olan Asəf Abdullayev turniri ikinci pillədə başa vurub. Maksimum nəticə göstərən İlqar Xələfov (9 oyun və 9 qələbə) veteranlar arasında Azərbaycan çempionatının qalibi olub.
Qeyd edək ki, Azərbaycan çempionatında yaşı 60-dan yuxarı olan 36 veteran şahmatçı iştirak edib.