Ağdamla bərabər “Qarabağ”ın tarixi stadionun olan “İmarət” də işğaldan azad olundu.

 

Rekord.az xəbər verir ki, dövlətin Qarabağa qayıdış planına uyğun olaraq bütün idman infrastrukturları, stadionlar da yenidən qurulacaq. “İmarət” də bu stadionlar sırasındadır.

 

Lakin əldə etdiyimiz məlumata görə, stadionun dövlətin, AFFA-nın, yoxsa klubun maliyyəsi ilə yenidən qurulcağı hələlik dəqiqləşməyib. Stadionun kimin balansında olacağı da hələlik məlum deyil.