
"İmişli" rəhbərliyindən qəribə cəza: uduzanda yemək yoxdu
- 27 Mar 2025 15:00
- 602
I Liqada çıxış edən və Premyer Liqaya iddialı "İmişli" haqda xoş olmayan xəbərlər gəlməkdədir.
Rekord.az xəbər verir ki, bir müddət bundan öncə, klubun Premyer Liqada iştirakdan imtina etməsi haqda xəbərlər yayıldı.
Düzdür, sonradan klub tərəfindən bu xəbər təkzib olundu. Lakin bu. o demək deyil ki, İmişli təmsilçisindəı hər şey qaydasındadır. Əldə etdiyimiz məlumata görə, rəhbərlik futbolçulara maraqlı cəza metodu tətbiq edir. Belə ki, komanda məğlub olduğu halda futbolçulara yemək verilmir. Yəni uduzdunsa, zəhmət çək, öz cibindən pul xərclə qarnını doydur.