![photo](https://www.rekord.az/storage/uploads/4/imisli-12.jpg)
İmişli stadionu təmirə bağlandı, komanda Bakıya köçdü və bu stadionda məskunlaşdı ÖZƏL!
- 23 İyl 2023 13:38
- 2859
Heydər Əliyev adına İmişli şəhər stadionu təmirə bağlanıb.
Rekord.az-a daxil olan məlumata görə, yeni sponsorun gəlişindən sonra hədəfləri böyüyən komanda infrastruktura da köklü əl gəzdirməyə qərar verib.
Rəhbərliyin qərarı ilə meydançalardan, tribunalardan tutmuş, mətbəxə qədər bütün hər şey yenidən qurulacaq. Məhz bu səbəbdən klub müvəqqəti olaraq Bakıya köçüb. "İmişli" hazırda "ASCO Arena"da məskunlaşıb və Əsgər Abdullayevun rəhbərliyi altında məşqləri davam etdirir.