![photo](https://www.rekord.az/storage/uploads/4/imisli1-4.jpg)
İmişli stadionunun örtüyü süni olacaq?
- 26 İyl 2023 13:00
- 783
Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına İmişli şəhər stadionu təmirə bağlanıb.
Rekord.az xəbər verir ki, təmir zamanı əsas və ehtiyat meydançamın örtüklərinin yenilənməsi də nəzərdə tutulub.
Məlum olduğu kimi, əsas meydançanın örtüyü təbiidir. Hazırkı dönəmdə sual doğuran məsələ təbii örtüyün saxlanılıb-saxlanılmaması ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, hələlik bununla bağlı son qərar verilməyib. Çünki İmişlinin təbiəti təbii örtüyü saxlamaq üçün ideal deyil. Xüsusilə yay ayları hədsiz isti keçir və quraqlıq olur. Bu mənada rəhbərlik süni örtüyə keçid məsələsini də nəzərdən keçirir. Lakin yekun qərar son müzakirədən sonra veriləcək.