Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına İmişli şəhər stadionu təmirə bağlandığından "İmişli" komandası müvəqqəti olaraq Bakıya köçüb.

Rekord.az xəbər verir ki, hələlik məşqlərini "ASCO Arena"da davam etdirən komandanın yeni mövsümə harada başlayacağı hələlik dəqiq deyil.

Çünki İmişli stadionunda köklü dəyişikliklər aparıldığından böyük ehtimalla işlər yeni mövsümün startına kimi başa çatmayacaq. Belə olan halda, rəhbərlik hər ehtimala qarşı ev oyunlarını keçirmək üçün yeni stadion axtarışına çıxıb. Saytımıza daxil olan məlumata görə, hazırda iki real variant var: "Dalğa Arena" və "Saatlı Olimpiya İdman Kompleksi. Sonda hansı variant daha uyğun olsa, həmin stadionla bağlı qərar veriləcək.