Bu gün I Liqanın 5-ci turu çərçivəsində "İmişli" "İrəvan"ın qəbul edəcək.

Rekord.az xəbər verir ki, Heydər Əliyev adına İmişli şəhər stadionu uzun müddətli fasilədən sonra rəsmi oyunu qəbul edəcək.

Saytımıza daxil olan məlumata görə, oyunda anşlaq gözlənilir. Baxmayaraq ki, matça giriş pullu olacaq, lakin 8500 nəfərlik stadionun böyük hissəsinin dolacağı gözlənilir. Çünki rayonda oyuna böyük maraq var və insanlar səbrsizliklə oyun saatını gözləyir.

Qeyd edək ki, "İmişli" - "İrəvan" matçı bu gün saat 15:00-da start götürəcək.