Premyer Liqaya vəsiqə qazanan "İmişli" AFFA-dan gələcək təsdiqi gözləməlidir.

Rekord.az xəbər verir ki, təsdiq reallaşandan sonra Aran klubunda köklü dəyişikliklər baş verəcək.

İlk dəyişiklik baş məşqçi postu ilə bağlı olacaq. Hazırda "İmişli"nin baş məşqçisi postuna ən real namizəd Tərlan Əhmədovdu. Əhmədov ora öz məşqçi korpusu ilə gedəcək. Heyət də 90 faiz yenilənəcək. Lakin dəvət olunacaq futbolçuların sayı, yerli-əcnəbi olması ayrılacaq büdcədən asılı olacaq. Bundan başqa, İmişli stadionu hazırda Premyer Liqa tələblərinə cavab vermədiyi üçün komandanın ev oyunlarını harada keçirəcəyi də sual altındadır. Bütün bu suallara mayın sonuna kimi aydınlıq gələcək.