İmişli rayon Gənclər və İdman idarəsi, "Şəhid ƏliElçin klubu" və İmişli rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə "Heydər Əliyev ili" ilə bağlı boks idman növü üzrə İmişli Kuboku yarışı keçirib.

Rekord.az xəbər verir ki, yarışda 5 rayon komandası, Bakı şəhərindən 3 komanda və İmişlinin 2 komandası iştirak edib.

Əsasnaməyə əsasən təyin olunmuş çəkilərdə 1-ci və 2-ci yeri tutan boksçular diplom və medallarla təltif olunub.