İmişlidə “İdman hamı üçün” layihəsi
- 23 Sen 2023 10:00
- 379
“İdman hamı üçün” layihəsi çərçivəsində 21 sentyabr 2023-cü il tarixdə, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayon sektorunun təşkilatçılığı ilə İmişli Olimpiya İdman Kompleksində boks idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.
Rekord.az xəbər verir ki, yeniyetmələrin boks idman növünə böyük marağı gələcəkdə bu növ idman yarışlarının keçirilməsinə zəmin yaradır.