"İmişli" 6 futbolçusu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, ölgə təmsilçisi İlyas Səfərli, Ziya Məmmədov, Emin Quliyev, Məzahir Əhmədov, Tonia Tisdell və Fərid Nadirovla vidalaşıb.

Bu adlar sırasında Tisdellin olması çox maraqlıdır. Çünki afrikalı futbolçu ilk dövrəni heç də pis təsir bağışlamadı. Bu mənada onun gedişi gözlənilməz oldu. Saytımıza daxil olan məlumatga görə, legioner futbolçu özü "İmişli"dən getmək istəyib. O, rayon mühitində sıxıldığı üçün bu addımı atıb.