“İmişli”nin 2 futbolçusuna 2 oyunluq cəza
- 23 Okt 2024 15:45
- 142
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.
“Karvan” – “İmişli” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 100 manat cərimə edilib.
“Karvan” – “İmişli” oyununda “Karvan” azarkeşləri rəqib futbolçuları təhqir etdiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Karvan” klubuna xəbərdarlıq edilib.
“Karvan” – “İmişli” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.
“Karvan” – “İmişli” oyununda “Karvan” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilib.
“Karvan” – “İmişli” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Karvan” klubu 150 manat cərimə edilib.
“Karvan” – “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” klubunun 13 nömrəli futbolçusu İdris İnqilablı azarkeşlərə kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “İmişli” klubu 200 manat cərimə edilib.
“Karvan” – “İmişli” oyununda “İmişli” klubunun 10 nömrəli futbolçusu Bahadur Həziyev azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb, “İmişli” klubu 200 manat cərimə edilib.
“Cəbrayıl” – MOİK oyununda “Cəbrayıl” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 70 manat cərimə edilib.
“Cəbrayıl” – MOİK oyununun 83-cü dəqiqəsində “Cəbrayıl” klubunun 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Cəbrayıl” komandası 50 manat cərimə edilib.
“Cəbrayıl” – MOİK oyununun 80-ci dəqiqəsində MOİK klubunun 15 nömrəli futbolçusu Nihad Tamazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, MOİK komandası 50 manat cərimə edilib.
“Zaqatala” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.