"İmişli"nin büdcəsi artırıldı
- 15 İyl 2023 14:00
- 844
Növbəti mövsüm I liqada iddialı komandalardan birinin də "İmişli" olacağı gözlənilir.
Rekord.az xəbər verir ki, yeni sponsor tapan bölgə təmsilçisi baş məşqçi postunda da dəyişiklik etməyi düşünür və böyük ehtimalla sükan təcrübəli birinə tapşırılacaq.
Əldə etdiyimiz digər bir məlumata görə isə komandanın büdcəsi də artırılıb. Dövlətin ayırdığı vəsaiti də hesablasaq yeni mövsüm üçün "İmişli"nin büdcəsinin 600 min manata yaxın olacağı gözlənilir.