“İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu vəzifəyə Fərid Namazov təyin edilib.

Namazov karyerası ərzində “Səbail”, “Qarabağ” kimi klublarda məşqçi kimi çalışıb, son olaraq isə Azərbaycan U-19 komandasında məşqçi kimi və eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.

Xatırladaq ki, “İmişli”ni ötən mövsüm Əsgər Abdullayev çalışdırırdı.