PFL İmişli stadionuna baxış keçirib.

Rekord.az xəbər verir ki, verilən rəy müsbət olmayıb.

Arenada ciddi nöqsanlar aşkarlayan PFL nümayəndələri burada çempionat oyunlarının keçirilməsinin mümkün olmadığını "İmişli" nümayəndələrinin diqqətinə çatdırıb. Güman ki, "İmişli" mövsümün qalan oyunlarını da qonşu Saatlıda keçirməli olacaq.