“İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir”
- 15:33
- 48
“İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir”.
Rekord.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ötən tur qarşılaşdıqları “Abşeron”la oyuna toxunub:
"Abşeron"a qarşı matçda komanda kimi böyük irəliləyişə nail olduq. Bu görüşdə topun meydançada necə hərəkət etdiyini görə bilərsiz. Oyundan zövq alırdıq. Belə oynadığınız zaman qələbələr də gəlir. Biz məşqlərdə çox çalışırıq. Komanda kimi birlikdə inkişafa davam edəcəyik. İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir”.
Oyunçu hər komandaya qarşı rəqabət aparmaq gücündə olduqlarını bildirib:
"Növbəti rəqibimiz "Naxçıvan"dır. Məşqçilər bizi matça çox yaxşı hazırlayıblar. Bilirik ki, "Naxçıvan" güclü klubdur və yaxşı oyunçuları var. Bizim üçün prioritet güclü tərəflərimizdən istifadə etməkdir. Bu halda hər komandaya qarşı rəqabət apara bilərik. Məşq həftəsi çox yaxşı keçdi".
O, Bakı klubuna transferindən də danışıb:
“NTD-yə keçidim çox tez baş verdi. Məşqçilər menecerimlə əlaqə saxladı və biz demək olar ki, dərhal qərar verdik. Klubun mənə güvəndiyinə və bu imkanı verdiyinə görə minnətdaram. NTD böyük tarixə malik güclü klubdur. Komandanın əvvəlki nəticələrini yenidən göstərməsi üçün əlimdən gələni edəcəyəm. Hər dəfə meydançaya çıxanda bacardığımdan daha artığını ortaya qoyuram. Komandada özüm kimi səy göstərən oyunçularla birlikdə çıxış etmək böyük xoşbəxtlikdir. Bir-birimiz, ailələrimiz və azarkeşlərimiz üçün ən yaxşı oyunu nümayiş etdirməyə çalışırıq".
T.Boykin komandasının mövsümün ilk yarısındakı çıxışı ilə bağlı sualı cavablandırıb:
“Mövsümün ilk yarısı gözlədiyimiz kimi keçmədi. Amma bunu artıq arxada qoymuşuq. Komandanın heyəti yenilənib. Oyunçular bir-birini yaxşı anlamağa başlayıblar. Məşqçilər yeni oyunçuların komandanın oyun üslubuna tez uyğunlaşması üçün böyük iş görüblər. Biz qələbələr üçün hazırlaşırıq".
Qeyd edək ki, NTD Azərbaycan Basketbol Liqasının A qrupunda 13 xalla sonuncu - 6-cı yerdə qərarlaşıb