"İnanıram ki, qarşıda bizi uğur gözləyir"
- 05 İyn 2024 16:00
- 388
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Lqiasında çıxışını başa vurub. "Rekrod.az" xəbər verir ki, komandamızın blokçusu Mariya Kirilyuk yarışla bağlı fikirlərini bölüşüb.
"Qızıl Avropa Liqasında bizim çıxışımız başa çatdı. Əlbəttə ki, bir oyunçu olaraq nəticədən razı deyiləm. Səhvlərimiz var. Biz onların üzərində çalışacağıq ki, gələcəkdə təkrarlamayaq. İstənilən halda mənim komandam ən yaxşısıdır. Mən inanıram ki, qarşıda bizi uğur gözləyir. Öz oyunuma gəldikdə isə əlbəttə ki, hər element istənilən kimi alınmırdı. Lakin nəyin üzərində çalışmaq lazım olduğunu bilirəm. Və gələcəkdə yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm".