"İnanıram ki, qarşımızda qoyulan məqsədlərə çatacağıq"
- 21 İyl 2022 12:31
- 469
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslam Oyunlarına və qitə birinciliyinin seçmə mərhələsinə hazırlıqlarını davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandamızın üzvü Odina Əliyeva federasiyanın mətbuat xidmətinə hazırlıq prosesindən danışıb:
"İslamiadaya və Avropa Çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var".
Təcrübəli hücumçumuz yığmanın yoxlama oyunları keçirəcəyini də bildirib: "Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir. Burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik. İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".