"İndi Azərbaycanı yox, Xorvatiyanı düşünürəm"
- 13 Noy 2019 13:45
- 682
"Hazırda yalnız Xorvatiya ilə oyunu düşünürəm".
Rekord.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin müdafiəçisi David Qantsko yerli mətbuata açıqlamasında deyib.
AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçirəcəkləri oyunlar haqda danışan "Fiorentina"nın futbolçusu hər iki matçda qələbə qazanmağın mümkün olduğunu bildirib:
"Xorvatiya ilə matçdan sonra Azərbaycan haqda fikirləşmək olar. Bütün diqqətimi məşqlərə yönəltmişəm. Düşünürəm ki, hər iki oyunda qələbə qazanmaq gücündəyik. Ən əsası, hələ də hər şey bizim əlimizdədir".
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.