İndoneziyanın qadın voleybolçulardan ibarət "Jakarta Pentamina Energy" klubu Xocalı soyqırımının 28-ci ildönümündə "Xocalıya Ədalət" kampaniyasına qoşulub. "Rekord.az" xəbər verir ki, bu, azərbaycanlı məşqçi Ziya Rəcəbovun təşəbbüsü ilə baş verib. 

Ölkəmizin indoneziyadakı səfirliyinin nümayəndələrinin dəstəyi və köməyi ilə baş tutan tədbirdə Cakarta klubuna baş məşqçilik edən Rəcəbov, millimizin hücumçusu komandanın oyunçularına Xocalı faciəsi, eləcə də xalqımızın yaxın tarixi haqqında ətraflı məlumat verib. Komandanın oyunçuları və əməkdaşları bu faciədən təəssüf hissi keçirdiklərini bildiriblər.

Rəcəbov bu tədbirin təşkilinə dəstək olan səfirliyin nümayəndələrinə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Jakarta Pertamina Energy" klubunun şərəfini qoruyan millimizin üzvü Odina Əliyeva və yığmamız sabiq üzvü Natalya Məmmədova da tədbirdə yaxından iştirak ediblər.