FİFA prezidenti Canni İnfantino futbolçuların koronavirusa qarşı peyvənd olunub-olunmaması məsələsinə münasibət bildirib.

Rekord.az xəbər verir ki, İnfantino ilkin mərhələdə bunun əleyhinə olduğunu deyib.

O, futbolçuların risk qrupuna daxil olmadığını əsas gətirib:

“Vaksinlər üçün prioritet, şübhəsiz ki, risk altındakı insanlar və səhiyyə işçiləridir. Bu baxımdan futbolçuları prioritet qrup kimi görmürük. Əlbəttə ki, qarşıdan gələn beynəlxalq yarışlar kontekstində təhlükəsizlik səbəbləri ilə peyvənd tövsiyə edilə bilər.

Ancaq bütün bunlar, əlbəttə ki, müəyyən qaydalara uyğun olaraq baş verəcək. Risk qrupuna daxil olan insanlar var. Amma futbolçular o qrupda yoxdurlar, onların peyvənd olunması prioritet olmamalıdır”.