Infantinodan DÇ-2020 açıqlaması
- 26 Okt 2020 14:43
- 810
“Bizim ehtiyat planımız yoxdur”.
RekordD.az xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.
O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib.
Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.
Dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.