İngiltərənin "Yovil Taun" klubunun müdafiəçisi Li Kollinz dünyasını dəyişib.

Rekord.az xəbər verir ki, komandanın kapitanı 32 yaşında vəfat edib.

Bu barədə 5-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İngilis futbolçunun ölüm səbəbi açıqlanmayıb.
 
Qeyd edək ki, Li Kollinz karyerası ərzində "Port Vayl", "Barnsli", "Şrusberi" və "Mansfild" klublarında da çıxış edib. O, bu mövsüm "Yovil Taun"da 8 oyuna çıxıb.