İngilis nəhəngi transferlər üçün kredit götürdü
- 29 May 2020 15:48
- 602
"Mançester Yunayted" bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb.
Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" artıq vəsaiti alıb və məbləğdən yay transfer dönəmində istifadə edəcək.
Klub heyətinə ən azı 3 yeni futbolçu qatacaq. Daha öncə "Mançester Yunayted"in ümumi borcunun 429 milyon funt sterlinqdən çox olduğu yazılıb.
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər.