İngiltərədə "Mançester Yunayted" komandasının azarkeşlərinin klub rəhbərliyinə qarşı aksiyası zamanı yerli polislərin onlarla davranışı ölkə gündəmini zəbt edib.

Rekord.az xəbər verir ki, hər şey hüquq-mühafizə orqanları əməkdaşlarının fanatlardan birini küçə ilə sürüdüyü videonun sosial şəbəkələrdə yayılmasından sonra üzə çıxıb.

Görüntülərdə bir neçə polisin tərəfdarla kobud rəftarı və onu döyməsi açıq-aşkar görünür. İnsident bununla da yekunlaşmayıb. Polislər fanatın döyülməsini lentə alan jurnalistlərdən həmin görüntüləri silməyi tələb ediblər.

Azarkeşlərin çaxnaşma törətməsi səbəbindən XXXIV turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.