Koronavirusa görə dayandırılan İngiltərə çempionatı davam etdirilərkən qaydalarda dəyişiklik edilə bilər.

Rekord.az xəbər verir ki, klubların baş məşqçiləri qarşılaşmalar zamanı əvəzetmələrin artırılmasını istəyirlər.

Liqa rəhəbrliyi bu təklifi dəstəkləyir. Baş məşqçilər hesab edirlər ki, çempionat bərpa edildikdən sonra olduqca sıx qarfiklə üzləşəcəklər.

Bu da futbolçuların zədələnməsinə səbəb olacaq. Bu riski nəzərə alaraq, mütəxəssislər əvəzetmələrin artırılmasını təklif ediblər.