Futbol üzrə İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Norviç Siti” sona iki tur qalmış çempionluğu təmin edib.

Daniel Farkenin kollektivi ötən gün 45-ci tur çərçivəsində baş tutan "Ridinq"lə oyunda 4:1 hesabı ilə qalib gəlib. Bununla da komanda hesabındakı xalların sayı 96-ya çatdırıb. Beləcə, “Norviç Siti” ən yaxın izləyicisi “Uotford”la fərqi 8-ə çatdırıb.

Qeyd edək ki, “Norviç Siti” gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Həmçinin qeyd edək ki, bu, "Norviç Siti"nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Əlavə edək ki, ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən “Norviç Siti” yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.