İngiltərənin “Bornmut” klubu beş futbolçusu ilə yollarını ayıracaq.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Cermeyn Defo, Rayan Freyzer, Tayrell Hemilton, Cordon Ayb və Çarli Simenin iyunun 30-da bitəcək müqavilələrinin yenilənməyəcəyi bildirilib.

“Bornmut” Premyer Liqada 31 turdan sonra 18-ci sıradadır.