İngiltərə klubu avrokuboklarda rekorda imza atdı
- 06 Okt 2023 14:00
- 372
“Vest Hem” Avropa yarışlarında 17 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirən ilk İngiltərə klubu olub.
Rekord.az xəbər verir ki, oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsində ingilislər “Frayburq”u 2:1 hesabı ilə məğlub edərək, qələbə qazanıblar.
Beləliklə, klub 17 məğlubiyyətsiz matçla rekorda imza atıb ki, bura təsnifat mərhələsi oyunları da daxildir.
“Vest Hem” hazırda 6 xalla Avropa Liqasının A qrupunda birinci yerdədir.