İngiltərənin "Brayton" klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-mavilər" "Fənərbaxça"dan Fərdi Kadıoğlunu heyətinə qatıb.

24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq. “Fənərbaxça” müdafiəçisinin satışından 30 milyon + 5 milyon avro bonus qazanacaq. Futbolçunun gələcəkdəki satışından da 10 faiz pay Türkiyə klubuna çatacaq.

"Fənərbağça"nın heyətində 6 mövsüm keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə "sarı-lacıvərdlilər"lə Türkiyə kubokunu qazanıb.