Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Vulverhempton"dan ayrıla bilər.

Rekord.az xəbər verir ki, "Tondela"da icarə əsasında çıxış edən forvard yayda İngiltərə klubuna qayıdacaq.

"Vulverhempton" onu yayda satmaq istəyir. Dadaşovun klubla müqaviləsi 2023-cü ilin iyun ayına qədərdi. Əgər onu satmaq mümkün olmasa yenidən icarəyə veriləcək.