İngiltərənin “Lids” klubu nəzarət paketini ABŞ-ın “49ers Enterprises” şirkətinə satdığını elan edib.

Rekord.az “The Guardian”a istinadən xəbər verir ki, şirkət klub üçün təxminən 200 milyon avro ödəyib.

“Lids”ə əvvəllər klubun sədr müavini və idarə heyətinin üzvü olan Paraaq Marathe rəhbərlik edəcək. O, 2017-ci ildən “Lids”in əksər hissələrinin sahibi olan Andrea Radrizzanini əvəz edəcək.

“Lids” ötən mövsüm Premyer Liqanı 19-cu pillədə başa vurub və aşağı liqaya düşüb.