“Ekseter Siti” ilə qarşılaşmadan qayıdarkən “Barnsli” futbol klubunun avtobusu yolda yanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında yer alan məlumatda deyilir.

Qeyd olunub ki, avtobus hərəkətdə olarkən əvvəlcə nəqliyyat vasitəsində nasazlıq yaranıb, daha sonra yanmağa başlayıb.

Avtobusda olan klubun bütün oyunçuları və heyəti təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb.