İngiltərə Kubokunun reqlamentində dəyişiklik edilib.

Rekord.az xəbər verir ki, yeni qaydaya əsasən, 2020/2021 mövsümündə heç-heçə başa çatan matçlar təkrarlanmayacaq.

Qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək. Bu addım koronavirus pandemiyası fonunda təqvimdə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün atılıb.

Kubokun püşkatması sentyabrın 1-də olacaq. Finl oyunu isə 2021-ci il mayın 15-də "Uembli" stadionunda keçiriləcək.

İngiltərə Kubokunun hazırkı qalibi "Arsenal"dır. 1871-ci ildən keçirilən yarış ən qədim klub turnirlərindən hesab olunur.