İngiltərə kubokunda sonuncu finalçı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, "Lester"dir. Komanda yarımfinalda "Sauthempton"a 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

"Lester" - "Sauthempton" - 1:0
Qol: İxeanaço, 55

Brendan Rocersin baş məşqçisi olduğu komanda həlledici matçda "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Çelsi" ilə qarşılaşacaq. Final görüşünün mayın 15-i keçirilməsi planlaşdırılır.