İngiltərə kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda baş tutan final oyununda “Mançester Siti” ilə “Mançester Yunayted” komandaları üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı matçda İlkay Gündoğanın dublu (1 və 51-ci dəqiqələr) “Mançester Siti”yə kubok qazandırıb – 2:1. “Qırmızı şeytanlar”ın heyətində isə Bruno Fernandesin penaltidən vurduğu qol təsəllidən başqa heç nəyə yaramayıb.

Bununla da “Mançester Siti” tarixində 7-ci dəfə İngiltərə kubokunun qalibi olub. Rekord isə “Arsenal”a məxsusdur – 14.

Xatırladaq ki, “şəhərlilər” bu mövsüm İngiltərə Premyer Liqasında qalib olmuşdu.